Ərdoğan: "Hələbdə baş konsulluq açılacaq"

      Ərdoğan:    "Hələbdə baş konsulluq açılacaq"
  25 Dekabr 2024    Oxunub:382
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin yaxın vaxtlarda Suriyanın Hələb şəhərində baş konsulluğunun açılacağını bildirib.
O bu barədə parlamentdə Ədalət və İnkişaf Partiyasının nümayəndələri qarşısında çıxışı zamanı danışıb.

"Hələb, Dəməşq, Həma, Hüms, Dəra və Mənbicdə azad Suriya bayrağı ilə aypara və ulduzlu bayrağımızı yanaşı görmək bizim üçün böyük xoşbəxtlikdir", - Ərdoğan həmçinin vurğulayıb.

Türkiyə Prezidenti, eyni zamanda, Suriyanın şimalındakı separatçı kürd qruplaşmalarına da xəbərdarlıq ünvanlayıb:

"Kürd qardaşlarımız ilə aramızda qan divarı hörməyə çalışan terror təşkilatını aradan qaldıracağıq. Terror təşkilatının öz hesabı varsa, bizim də hesabımız var. Yeganə məqsədimiz Suriyadan başlayaraq regionun hər qarışında möhkəm sülh, əmin-amanlıq və sabitlik qurmaqdır", - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Suriya   konsulluq   antiterror  





Xəbər lenti