“Biz Filippini region ölkələrinin və onların sakinlərinin səsinə qulaq asmağa - əvvəllər açıq şəkildə söz verdikləri kimi “Typhon” qurğusunu çıxarmağa və yanlış yola getməməyə çağırırıq”, - Çin səfirliyinin bəyanatında deyilir.
Filippinin Müdafiə naziri Gilberto Teodoro daha əvvəl bildirmişdi ki, respublikanın hakimiyyət orqanları Çinin orta mənzilli raketlərin buraxılması üçün silahların yerləşdirilməsi ilə bağlı narazılığından xəbərdardır, lakin onlar öz ərazisində ABŞ-nin istehsal etdiyi raket sistemini quraşdırmaq hüququna malik olduqlarını düşünürlər. O, həmçinin Filippinin inkişafına mane olan Çin Kommunist Partiyasını tənqid edərək, Pekinin hazırda öz raket potensialını gücləndirdiyini vurğulayıb. Çin səfirliyi Filippinin Müdafiə nazirinin ifadələrinin “ideoloji hürufatla dolu olduğunu” bildirib.
ABŞ və Filippin ən böyük hərbi təlimə başlayıb |
“Typhon” qurğusu orta mənzilli “Tomahawk” qanadlı raketlərini və 500 km-ə qədər məsafəni qət edən “SM-6” çoxməqsədli raketlərini buraxmaq üçün istifadə edilir. Çin, Filippin, Malayziya, Bruney və Vyetnam həm də Cənubi Çin dənizindəki Nanşa arxipelaqının kimə məxsus olması ətrafında mübahisə aparırlar ki, Pekinlə rəqabətdə də Vaşinqton Manilanı dəstəkləyir.
Sahil İsgəndərov
AzVision.az