Rusiya generallarına qarşı sui-qəsdin qarşısı alınıb

   Rusiya generallarına qarşı    sui-qəsdin    qarşısı alınıb
  26 Dekabr 2024    Oxunub:309
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) ölkənin Müdafiə nazirliyinin yüksək rütbəli hərbçilərinə qarşı silsilə sui-qəsdin qarşısını aldığını və 4 şübhəli şəxsi saxladığını açıqlayıb.
AzVision.az Rusiya FTX-nin məlumatına istinadən xəbər verir ki, saxlanılan şəxslər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə terror aktları hazırlayırdılar. Onları indi ömürlük həbs cəzası gözləyir.
Cinayətin icraçılarından biri hərbçinin avtomobilinə noutbuk üçün akkumulyator şəklində maskalanmış bomba taxmağı planlaşdırıb. O, deportasiya adı ilə Moldova və Gürcüstandan keçərək Ukraynadan Moskvaya gəlib.

Digər hərbçini isə sənədlər üçün qovluq kimi maskalanmış bomba ilə partlatmağı planlaşdırıblar. Bu iş üzrə iki nəfər saxlanılıb. Moskva sakini olan saxlanılan dördüncü şəxs yüksək rütbəli hərbçilərin və onların ailə üzvlərinin yaşayış və iş yerləri haqqında məlumat toplayıb. Bomba komponentləri Rusiyaya məişət texnikası, alətlər və avtomobil hissələrində yerləşdirilməklə gətirilib.

Rusiyalı generalın qətlində şübhəli bilinən şəxs saxlanılıb - VİDEO
Qeyd edək ki, dekabrın 17-də Moskvada Rusiyanın radiasiya, kimyəvi və bioloji silahlardan müdafiə (RKBZ) qoşunlarının rəisi general-leytenant İqor Kirilov Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanmış sui-qəsd nəticəsində qətlə yetirilib. Hadisənin sabahı günü Rusiyanın xüsusi xidmət orqanları Özbəkistan vətəndaşı Əhməd Qurbanovu bu cinayətdə şübhəli şəxs qismnində saxlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   FTX   sui-qəsd  





Xəbər lenti