Misir-Azərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradılıb

   Misir-Azərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradılıb
  26 Dekabr 2024    Oxunub:378
Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşəsi yaradılıb.
Cəmiyyətdən bildirilib ki, Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli tələbələr gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa arzulayıblar. Anım günü həlak olanların ruhlarına Qurani-Kərim oxunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov çıxış edərək bildirib ki, Misir ictimaiyyətinin nümayəndələri də zəng edərək və cəmiyyətə gələrək öz başsağlıqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti