Ermənistan əhalisi sürətlə azalır

Ermənistan əhalisi sürətlə azalır
  20 Aprel 2013    Oxunub:1359
Ermənistanda yaşamaq mümkün deyil.
Biz ölməmək üçün gedirik; Mən geri qayıtmağı ağlımdan belə keçirmirəm; Gedirəm insan kimi yaşamağa. Zorla qaytarsalar da gələn deyiləm". Ermənistanın Miqrasiya İdarəsi bu ilin yanvar–fevral aylarında ölkəni tərk edənlərin statistikasını açıqlayıb. Rəsmi məlumata görə təkcə iki ay ərzində ölkəni 22 min erməni tərk edib. Onların böyük əksəriyyəti Rusiyaya üz tutub. Miqrasiya İdarəsinin rəsmisi Ruben Yeganyan bildirib ki, son hesablamalara görə, Ermənistan əhalisi sürətlə azalmağa doğru gedir.

Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat ağır böhran nəticəsində çökəcək: "Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır". Ölkədə 2 milyondan da az əhalinin qaldığını deyən idarə rəsmisi ölkəni tərk edənlərin əsasən xaricdə işləmək üçün getdiyini deyir. Onların arasında iqtisadiyyatın əsasını təşkil edən iş adamları da var:

"Burda iş qurmağın mənası yoxdur. Bir ölkədə ki 2 milyona yaxın adam qala, orda nə iş imkanları, nə də irəliləyiş olacaq? Mən işimi Moskvada quracam". Regionlarda isə vəziyyət daha ağırdır. Hətta elə rayonlar var ki, orada boş qalan – ölü kəndlər əmələ gəlib.


Teqlər:  





Xəbər lenti