Prezidenti and içməyə qoymadılar

Prezidenti and içməyə qoymadılar
  20 Aprel 2013    Oxunub:1251
Venesuelada yeni prezident Nikolas Maduronun andiçmə mərasimi keçirilib.
Böyük qalmaqalla yadda qalan inaqurasiya mərasimində İran prezidenti Mahmud Əhmədinejad və onun Kubalı həmkarı Raul Kastro da iştirak edib.

Nikolas Maduro and içdikdən sonra, prezident kimi ilk çıxışını etməyə hazırlaşsa da, qəfildən naməlum bir şəxs prezidentə hücum edərək, mikrofonu onun əlindən alıb.

Gec olsa da, dərhal hərəkətə keçən cangüdənlər etirazçını mərasim zalından çıxarıb. Nikolas Maduro isə ölkə başçısı kimi ilk çıxışında təhlükəsizlik xidmətini sərt şəkildə tənqid edib. " O etirazçı ilə sonra danışarıq" deyən Maduro, vəzifəsinin icrasına başlayıb.


Teqlər:





Xəbər lenti