İsrail Orsusu HƏMAS-ın Qəzza zolağının cənubundakı qərargahına zərbə endirib
Məlumata görə, radikalların qərargahı humanitar zonanın ərazisindəki Xan Yunis bələdiyyəsinin binasında yaradılıb. “Komanda və idarəetmə mərkəzi terrorçular tərəfindən İsrail Müdafiə Ordusu və İsrail Dövlətinin qoşunlarına qarşı hücumların planlaşdırılması, həyata keçirilməsi üçün istifadə edilib”, - hərbçilər bildirib.
Hava hücumu dəqiq olub və kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib. İsrail Ordusu əminliklə bildirib ki, hücumdan əvvəl yerli mülki əhalinin zərər görmə riskini azaltmaq üçün çoxlu tədbirlər görülüb.
Ordunun məlumatına görə, fələstinli radikallar mülki binalardan hərbi məqsədlər üçün məqsədyönlü şəkildə istifadə edirlər.
AzVision.az
Teqlər: