Bred Pitt və Ancelina Coli eyni filmdə

  21 İyul 2014    Oxunub : 249
Bred Pitt və Ancelina Coli eyni filmdə
Avqust ayında Bred Pitt və Ancelina Coli cütlüyünün ilk birgə işi olan “Dənizin sahilində” filminin çəkilişləri başlayır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Universal Pictures şirkətinin istehsalı olan dram əsərində Coli ssenarist, rejissor və prodüser qismində özünün sınayacaq. Filmdə hadisələr Maltada cərəyan edir: boşanmağa hazırlaşan cütlük son səyahətlərinə çıxmağa qərar verir. Lakin hadisələrin necə bitəcəyi heç kimə məlum deyil. Çəkilişlər Mcar iş-Şini limanda 8 həftə davam edəcək.

Qeyd edək ki, Hollivudun ən məşhur cütlüyü ilk dəfə 2005-ci ildə "Mister və missis Smit" filmində birlikdə çəkiliblər.

Teqlər: