Əli Əsədov monteneqrolu həmkarına başsağlığı məktubu ünvanlayıb
Qeyd edək ki, Monteneqronun Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətl törədilib. Hökumət kütləvi qətlə görə üç günlük matəm elan edib. Ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.
AzVision.az
Teqlər: