Rusiya qazını Avropaya çatıdaran yeganə marşrut Türkiyədir

   Rusiya qazını Avropaya çatıdaran yeganə marşrut Türkiyədir
  03 Yanvar 2025    Oxunub:787
Rusiya, bir il əvvəl olduğu kimi, 2024-cü ildə də Türkiyəyə təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsü mövqeyini qoruyub.
Bu barədə “Hürriyet” qəzeti Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına istinadən məlumat yayıb. Rusiyanın Türkiyənin təbii qaz idxalındakı payı sentyabrda 42,83% idisə, oktyabrda 43,3% olub. Ötən ilin nəticələrinə əsasən, Türkiyənin Rusiya Federasiyasından neft və neft məhsulları idxalı 60% və ya daha çox arta bilər.

2024-cü ilin sentyabrında bu göstərici 61,3%, oktyabrda 55,1% təşkil edib. 2023-cü ildə belə tədarüklərin 51%-i Rusiyanın payına düşüb. “Hürriyet” qeyd edib ki, Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya nəqlinin dayandırılması fonunda Ankara Moskvadan enerji ehtiyatlarının “Türk axını” və “Mavi axını” qaz kəmərləri ilə qitəyə yeganə tranzit marşrutuna çevrilir.

AzVision.az


Teqlər:





Xəbər lenti