Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 mindən çox şəxs saxlanılıb

      Türkiyədə İŞİD-ə qarşı əməliyyat:   3 mindən çox şəxs saxlanılıb
  03 Yanvar 2025    Oxunub:876
Türkiyə polisi bir həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 42 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, reydlər Ankara, İstanbul, Adana, Mersin və Bursa da daxil olmaqla 17 şəhərdə regional təhlükəsizlik və jandarma idarələrinin bölmələri tərəfindən həyata keçirilib.

Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində ölkədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti