Polşa ilə Macarıstan arasında siyasi gərginlik artır

   Polşa ilə Macarıstan arasında siyasi gərginlik artır
  03 Yanvar 2025    Oxunub:757
Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirinin Polşanın Avropa İttifaqı Şurasında sədrliyinin başlanması münasibətilə keçiriləcək qala-konsertə dəvətini geri götürüb.
Bu barədə TVP Info-da respublikanın Avropa İttifaqı məsələləri üzrə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnekka bildirib. "Biz bütün diplomatik korpusu dəvət etdik, lakin cənab nazir Sikorski Macarıstan səfirinə nota göndərdi ki, onun teatrda olması arzuolunmazdır", - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban da tədbirdə olmayacaq.

Polşa Macarıstanı əvəz edərək yanvarın 1-dən altı ay müddətinə Aİ Şurasına sədrlik edəcək. Budapeştin Polşada axtarışda olan Ədliyyə Nazirliyinin keçmiş rəis müavini Marçin Romanovskiyə siyasi sığınacaq verməsindən sonra iki ölkə arasında vəziyyət gərginləşib.

Varşava bu addımı düşmənçilik adlandırıb və məsləhətləşmələr üçün Budapeştdəki səfirini geri çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti