Bakı-Balakən marşrutunun bərpası üçün hazırlıq işləri görülüb

Bakı-Balakən marşrutunun bərpası üçün  hazırlıq işləri görülüb
  04 Yanvar 2025    Oxunub:905
COVİD-19 pandemiyası başlayanda ölkə ərazisində fəaliyyəti dayandırılan sahələrdən biri də yataq tipli qatarların hərəkəti idi.
AzVision.az xəbər verir ki, uzun fasilədən sonra ilk olaraq Bakı-Balakən marşrutu üzrə yataq tipli qatarların fəaliyyəti bərpa olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, uzunluğu 456 km olan marşruda başlanğıc və son dayanacaq nəzərə alınmaqla 11 stansiya və dayanacaqdan ibarətdir. Qatarlar hər gün həm Bakıdan, həm də Balakəndən əks istiqamətdə fəaliyyətdə olacaqlar.

Onun sözlərində görə, marşrutun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları”QSC 6 aydan çoxdur ki, bu istiqamətdə hazırlıq işləri görüb.

- Bura yol infrastrukturunun təmiri və sağlamlaşdırılması, marşrut üzrə dayanacaqların təmiri, həmçinin vaqon parkının texniki təmiri aiddir. Bu marşrutunun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 100-dən artıq iş yeri açıb. Həmin vəzifələr üzrə işçilər artıq işə götürülüb”, - Azər Fərəcəov vurğulayıb.
AzVision.az


Teqlər: Bakı-Balakən   qatar   bərpa  





Xəbər lenti