Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  04 Yanvar 2025    Oxunub:849
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin məzənnəsi artıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barrel üçün qiyməti 0,22 ABŞ dolları və ya 0,3% artaraq 79 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78,78 ABŞ dolları civarında idi.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında həmçinin “Brent” markalı neftin ixracı üzrə 2025-ci ilin mart ayı üçün fyuçerslərin dəyəri 0,76% artaraq 1 barrelə görə 76,51 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixracı nəzərdə tutulan “WTI” markalı neftin 1 barrelinin qiyməti də 1,13% artaraq 73,96 ABŞ dolları səviyyəsinə çatıb.

AzVision.az


Teqlər: Azərbaycan   neft   bahalaşma  





Xəbər lenti