Blooberg: “Bayden Trampın prezidentliyinə problemlər yaradır”

      Blooberg:    “Bayden Trampın prezidentliyinə problemlər yaradır”
  04 Yanvar 2025    Oxunub:802
ABŞ prezidenti Co Baydenin administrasiyası Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni dəniz neft və qaz yataqlarının işlənməsini qadağan etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, artıq yanvarın 6-da yeni məhdudiyyətlər elan oluna bilər. Onların 625 milyon akr (2,5 milyon kv km) əraziyə şamil olunacağı ehtimalı var. Bu, Bayden administrasiyasının qalıq yanacaq istifadəsi və istixana qazları ilə mübarizə müstəvisində atdığı son addım olacaq.

“Bu tədbir “uzunmüddətli” ola və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-da neft və qaz hasilatını artırmasını çətinləşdirə bilər”, - agentlik yazır.

“The Washington Examiner” qəzetinin fikrincə, Bayden administrasiyasının dənizdə yeni neft və qaz işlənməsini qadağan etməsi “ABŞ və onun müttəfiqlərinin milli maraqlarına ziyan vuracaq”.

- Ağ Evin hazırkı rəhbəri enerji bazarında qiymətləri aşağı salmaq üçün Amerika ixracını genişləndirməkdən daha çox “uzaq solçu fəalların razılığını qazanmaq”la məşğul olub. Əgər Bayden müvafiq qərar qəbul etsə, bu, Rusiyanın əlində oynayacaq. Tramp çətin ki, “sələfinin diktələrinə sonsuz tabe olmağa” məcbur ediləcək. Lakin hakimiyyətdən gedən administrasiyaya bu cür qadağa onun ABŞ-nin “enerji üstünlüyünə” nail olmaq planlarını həyata keçirməsini çətinləşdirəcək”, - nəşr vurğulayır.

Qeyd edək ki, CO Bayden hələ 2020-ci il ABŞ prezident seçkiləri kampaniyası zamanı dövlətin sərəncamında olan torpaqlarda və dəniz şelfində neft və qaz yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsini tamamilə dayandırmaq planlarını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   Tramp   problemlər  





Xəbər lenti