Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

   Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  04 Yanvar 2025    Oxunub:766
Milli Hidrometeorologiya Xidməti yanvarın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti saniyədə 20.8-28.4 metrə çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti