AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırılıb

AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırılıb
  05 Yanvar 2025    Oxunub:859
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı 30 gün sonra dərc oluna bilər.
Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

Bu barədə Manqistau vilayət administrasiyası məlumat yayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib.

Bu arada, AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək. İlkin hesabat isə 30 gün sonra dərc oluna bilər.
Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti