İnterpol iki azərbaycanlını axtarır

İnterpol iki azərbaycanlını axtarır
  20 Aprel 2013    Oxunub:601
Onlardan biri terrorçuluqda ittiham edilir
Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə daha iki Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. Onlardan biri qadındır.Bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb.

Axtarışa verilənlərdən 58 yaşlı Xalidə Məlikova 1954-cü il oktyabrın 18-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində anadan olub.
Məlikova böyük məbləğdə ziyan vurmaqla dələduzluqda ittiham olunur.
Barəsində axtarış elan edilən 38 yaşlı Müşfiq Bayramov 1974-cü avqustun 29-də Azərbaycanın Füzuli rayonunun Eyvazlı kəndində anadan olub.

Bayramov terrorçuluqda - qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətində iştirak edilməsi, o cümlədən onların hərbi silah-sursat və partlayıcı maddələrlə təchiz edilməsində ittiham olunur.


Teqlər:  





Xəbər lenti