Zelenski: "Lukaşenko məndən üzr istədi"

      Zelenski:    "Lukaşenko məndən üzr istədi"
  06 Yanvar 2025    Oxunub:713
Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskidən üzr istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məşhur amerikalı jurnalist Leks Fridmana müsahibəsində məlumat verib. Müsahibə Fridmanın YouTube kanalında yayımlanıb.

Lukaşenko : “Belarusları müharibəyə göndərməyəcəyik”
Zelenskinin sözlərinə görə, bununla bağlı telefon danışığı Rusiya Ukraynada hərbi əməliyyatlara başlamasının birinci və ya ikinci günündə baş tutub.

“O, üzr istədi. Dedi ki, bunu edən mən deyiləm. Mənim ərazimdən raketlər atıldı. Raketləri Putin buraxdı. Bütün bunlar onun sözləridir və mənim şahidlərim də var”, - Ukrayna prezidenti qeyd edib.

Zelenski iddia edib ki, o, Minsk rəhbərindən hücumların dayandırılmasını tələb edib. Lukaşenko isə "bütün bunlar mənsiz baş verir" deyib: "Luşenko eynilə belə dedi- inan mənə Volodya, bu mən deyildim və vəziyyətə nəzarət etmirəm. Bunlar sadəcə atılan raketlərdir və bunu edən Putindir".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Belarus   Zelenski  





Xəbər lenti