Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
  06 Yanvar 2025    Oxunub:506
Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: "Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkiləri üçün 25 min 685 yerli müşahidəçi akkreditasiyadan keçib.

MSK sədri həmçinin xatırladıb ki, bu gün təşviqat prosesi başlayıb: "İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".


AzVision.az



Teqlər:





Xəbər lenti