Trampa görə Danimarkanın gerbi dəyişdirildi

   Trampa görə Danimarkanın gerbi dəyişdirildi
  07 Yanvar 2025    Oxunub:573
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bəyanatından sonra Danimarka krallığı gerbini dəyişmək qərarına gəlib.
AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən bildirir ki, bu, Donlad Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı sözlərindən sonra baş verib.

Bu qərar çıxarılmazdan əvvəl Danimarka Kralı X Frederik ölkənin gerbindən üç tacın, eləcə də regionlar üçün ayrı-ayrı rəmzlərin çıxarılmasını əmr edib. Xüsusilə, Qrenlandiya və Farer adalarının gerbləri böyüdülərək müvafiq şəkildə ikinci və üçüncü hissələrə yerləşdirilib. Öz növbəsində, birinci və dördüncü hissələrə Danimarka və Cənubi Yutlandiyanın simvolları yerləşdirilib.

Qeyd edək ki, Üç Tac 1397-1523-cü illərdə Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvoludur və son 500 ildə kral gerblərində mövcuddur.


İndi onlar qeyri-aktual elan edilib. Qrenlandiyanın və Farer adalarının simvolları isə qütb ayısı və qoç təsvirləri ilə əvəz olunub.

Danimarkanın Kral Evi yenilənmiş gerbin birliyin nüfuzunu “gücləndirdiyini” vurğulayıb.
Maraqldıır ki, bundan əvvəl “The Hill” qəzeti respublikaçıların Donald Trampın Qrenlandiya və Panama kanalını “ilhaq etmək” fikrinə skeptik yanaşdıqlarını yazmışdı. Bununla belə, senatorlar gələcək dövlət başçısına mane olmaq istəmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Danimarka   gerb  





Xəbər lenti