Kit Kelloq Kiyevə səfərini gözlənilmədən ləğv edib
Lakin mənbələr bildiriblər ki, noyabrın 5-də keçirilən seçkilərdən sonra yeni Tramp administrasiyasının rəsmilərinin Kiyevə ilk səfəri təxirə salınıb. Bu qərarın səbəbləri barədə isə açıqlama verilməyib.
ABŞ-nin yeni prezidentinin komandasının döyüşləri “mümkün qədər tez” bitirmək səyləri çərçivəsində Trampın xüsusi nümayəndəsinin Kiyevə səfər edəcəyi faktı hələ dekabr ayında “Reuters” və “Bloomberg” tərəfindən bildirilmişdi.
Eyni zamanda, “Bloomberg” agentliyinin məlumatına görə, Ukraynaya səfərindən sonra Kelloqun Moskvaya səfəri istisna deyil. Kreml isə belə bir məlumatın və Tramp komandası ilə bu mövzuda heç bir əlaqənin olmadığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az