Tibetdə zəlzələ qurbanlarının sayı 100-ə çatıb

 Tibetdə zəlzələ qurbanlarının sayı    100-ə çatıb
  07 Yanvar 2025    Oxunub:528
Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Gazeta" məlumat yayıb. Nəşr Çin Mərkəzi Televiziyasına istinad edib.

Tibet zəlzələsində ölənlərin sayı 53-ə çatıb
"Saat 15:00-a olan məlumata görə, Tinqri rayonunda baş verən zəlzələ nəticəsində 95 nəfər ölüb, 130 nəfər xəsarət alıb", - məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 7-də səhər Tibetdə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 7,1 bal olub. Çin Seysmik Mərkəzi təbii fəlakəti 6,8 bal gücündə qiymətləndirib. Zəlzələnin episentri Tibetin ikinci ən böyük məskunlaşmaı ərazi olan Şiqatse şəhərindən 163 km aralıda yerləşib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəlzələ   Tibet  





Xəbər lenti