Növbə üçün gözləyən insanların yaratdıqları izdiham nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Dini bayram tədbirlərinin təşkilatçıları yanvarın 10-da başlaması planlaşdırılan festivalda iştirak üçün 120 min pulsuz bilet verməyi planlaşdırırmışlar. Biletlərin paylanması üç ziyarət məntəqəsində 94 stenddə təşkil olunub. Biletlər cümə axşamı səhər saat 5-də verilməli idi. Lakin bir gün əvvəldən minlərlə insan kassalara toplaşmağa başlayıb.
Hindistanın baş naziri Narendra Modi, prezident Draupadi Murmu və digər hökumət rəsmiləri, müxalifət liderləri həlak olanların ailələrinə başsağlığı veriblər. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Tural Tağıyev
AzVision.az