Juravlyov: "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!"

      Juravlyov:    "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!"
  09 Yanvar 2025    Oxunub:507
"Ermənistan Avropa İttifaqında heç kimə lazım deyil. Onu orada yalnız ölüm gözləyir".
Bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov "Gazeta.Ru"ya müsahibəsində deyib. Onun fikrincə, hazırki hökumət Fransa və ABŞ-dən olan qərb kuratorları tərəfindən “Avropa gələcəyinə” şirnikləndirilir.

Ermənistan Aİ yolunu seçir
"Ermənistan Ukraynanı uçuruma aparan yolu addım-addım təkrarlayır. Hansı ki, bu yolun ardınca nə Aİ, nə də NATO ilə heç bir əlaqəsi olmayan qonşular ilə silahlı münaqişə yaranır. Aİ və NATO İrəvanı sıralarına cəlb edəcəkləri ehtimalına dair belə eyham vurmayıb",- Juravlyov qeyd edib.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti