Pentaqon: “ABŞ Suriyada yeni hərbi baza yaratmır”

      Pentaqon:    “ABŞ Suriyada yeni hərbi baza yaratmır”
  11 Yanvar 2025    Oxunub:336
ABŞ Suriyanın şimalındakı Kobani bölgəsində yeni hərbi baza yaratmır və kürd qüvvələri ilə birgə patrul xidməti həyata keçirməyi planlaşdırmır.
AzVision.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx belə deyib. O, həmçinin Amerika və Fransa qoşunlarının Suriyanın şimalına yerləşdirilə biləcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

“Əgər bunu nəzərdə tutursunuzsa, mən ABŞ, Fransa və Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə patrul dəstələrinin olduğundan xəbərsizəm. Mənim bu haqda məlumatım yoxdur. Habelə əmin edirəm ki, ABŞ Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmır”, - ABŞ-nin Müdafiə nazirliyinin təmsilçisi iddia edib.

Qeyd edək ki, bundan əvvəl “Al Hadath” telekanalı SDQ-dəki mənbələrə istinadən Fərat çayının şərq sahilində Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında ABŞ-nin yeni hərbi bazasının yaradıldıöı barədə məlumat yaymışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Suriya   SDQ   baza  





Xəbər lenti