Panamanın prezidenti Trampın təhdidinə sipər axtarır

Panamanın prezidenti Trampın təhdidinə sipər axtarır
  11 Yanvar 2025    Oxunub:299
Panama prezidenti Xose Raul Mulino Donald Trampın Panama kanalı məsələsi ilə bağlı ölkəyə təzyiq göstərmək cəhdlərinin davam edəcəyi halda, BMT Təhlükəsizlik Şurasına müraciət edə biləcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Panmanın sabiq prezidenti Ernesto Balladaresə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Panama prezidenti yanvarın 8-də prezident sarayında Latın Amerikası liderlərinin Venesuela müxalifətinin lideri Edmundo Qonzaleslə görüşü zamanı Donlad Trampın səsləndirdiyi fikirlərə münasibət bildirib. Mulino dedi ki, əgər yeni seçilmiş prezident Tramp bu məsələyə toxunarsa, 20 yanvardan sonra daha çox tədbir görəcək”, - Balladares öz ofisində verdiyi müsahibədə bildirib.

Balladaresin sözlərinə görə, Panama prezidenti Mulino hansı tədbirlərə əl ata biləcəyini dəqiqləşdirməyib.

Qəzəblənmiş panamalılar Trampa “cavab” verdilər
Qeyd edək ki, 1999-cu ildə ABŞ 1920-ci ildə tikdiyi Panama kanalının açarlarını Panama hökumətinə təhvil verib. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp isə, bu yaxınlarda Çin ordusunun kanala nəzarət etdiyini bildirib. O, həmçinin Amerika gəmilərinin ödədiyi tranzit haqlarından şikayətlənərək, bu su marşrutuna nəzarəti yenidən ələ alacağı ilə hədələyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Panama   təhdid  





Xəbər lenti