DPA: “Aİ biznes fəaliyyəti üçün cəlbediciliyini itirir”
“AK şirkətlər üçün məkan kimi Avropanın cəlbediciliyinin getdikcə azaldığını bildirir. Komissiyanın məlumatlarına görə, 2008-2021-ci illər arasında regionda yaradılan və sonradan dəyəri 1 milyard dolları keçən startapların demək olar ki, üçdə biri ofislərini başqa ölkələrə, əsasən də ABŞ-yə köçürüb. Bununla belə, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü avropalıdır. Avropada əmək məhsuldarlığı da ABŞ-dən aşağı olaraq qalır”, - agentliyin yaydığı xəbərdə vurğulanır.
Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətinin aşağı düşməsinin səbəbləri arasında enerji resurslarının baha olması da göstərilir. Birlik ölkələrində elektrik enerjisinin qiymətləri ABŞ-dən iki-üç dəfə yüksəkdir. Bundan əlavə, Avropa bazarında ixtisaslı kadr çatışmazlığı var. Bürokratik maneələr isə Aİ-nin mövcud potensialından tam istifadə edilməsinə imkan vermir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Aİ iqtisadiyyat rəqabət