Rusiya NATO ilə müharibə istəmir

   Rusiya NATO ilə müharibə    istəmir
  13 Yanvar 2025    Oxunub:493
Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil və belə aqressiv planlar hazırlamır.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov belə bəyanatla çıxış edib.

“Rusiya ilə HATO arasındakı münasibətlər Soyuq Müharibə bitdikdən sonra yalnız ən aşağı həddə deyil. Alyans ölkəmizlə mübarizə aparmaq və guya bizdən qaynaqlanan təhlükənin qarşısını almaq kursu tutub. Bu, bütün ərazilərdə və bütün azimutlarda baş verir. Rusiya heç vaxt HATO ilə münasibətləri pisləşdirməyə çalışmayıb. Onların deqradasiyasının günahı tamamilə alyansın üzərinə düşür. Biz NATO ölkələrinə hücum etmək fikrində deyilik və belə aqressiv planlar qurmuruq”, - rusiyalı məmur vurğulayıb.

Maslennikovun dediyinə görə, “fövqəladə hallar üçün Rusiya və HATO qaynar rabitə xətlərini və fövqəladə əlaqə imkanlarını saxlayır”. Gərginliyi azaltmaq yollarını tapmaq üçün istifadə edilə bilən normal təmaslara və dialoq mexanizmlərinə gəlincə, alyans özü bunlardan onlardan imtina edib. Belə siyasət Moskvanın seçimi olmayıb.

Rusiya XİN-in departament rəhbəri bildirib ki, hələ 2014-cü ildə Şimali Atlantika Alyansı Rusiya-NATO Şurasında hərbi və mülki xətlər üzrə Moskva ilə əməkdaşlığı birtərəfli qaydada dayandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   NATO   qarşıdurma  





Xəbər lenti