İran XİN: "Cənubi Qafqazda sülh üçün bütün imkanlardan istifadə edəcəyik"

   İran XİN:    "Cənubi Qafqazda sülh üçün bütün imkanlardan istifadə edəcəyik"
  13 Yanvar 2025    Oxunub:434
İranın Xarici İşlər Nazirlyinin sözçüsü İsmail Bəqayi ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana son səfərləri barədə şərh verib.
O bu barədə brifinq zamanı danışıb. Vurğulayıb ki, sözügedən səfər "Cənubi Qafqazın İran üçün əhəmiyyətindən xəbər verir".

"Region ölkələri öz təhlükəsizlərini üçüncü tərəfin müdaxiləsi olmadan təmin etməlidirlər", - o deyib.

Bəqayinin sözlərinə görə, İran, Rusiya, Ermənistan, Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə "3+3" kimi formatlar məhz bu məqsədə xidmət edir.
İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Xatırladaq ki, yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyev İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Cənubi-Qafqaz   təhlükəsizlik  





Xəbər lenti