BBC: "Atəşkəsin ilk mərhələsində İsrailin Qəzzadan çəkilməsi gözlənilir"

    BBC:    "Atəşkəsin ilk mərhələsində İsrailin Qəzzadan çəkilməsi gözlənilir"
  14 Yanvar 2025    Oxunub:414
"İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi üzrə razılıq sazişinin ilkin mərhələsində əvvəla terrorçuların əlindəki üç İsrail vətəndaşının azadlığa çıxarılması, eyni zamanda, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağındakı yaşayış məntəqələrindən geri çəkilməyə başlaması nəzərdə tutulur".
Bu barədə BBC xəbər agentliyinə Fələstin Muxtariyyətinin adı çəkilməyən rəsmi nümayəndəsi məlumat verib. O bildirib ki, HƏMAS növbəti həftə isə daha 4 əsiri sərbəst buraxacaq. İlk mərhələ başa çatanadək ümumilikdə 34 əsir azadlığa çıxacaq.

"Öz növbəsində, İsrail də cənubdan şimala köçmüş qəzzalıların öz yurd-yuvasına qayıtmalarına icazə verəcək. Bir şərtlə ki, onlar yalnız zolağın qərbi boyunca sahil yolu ilə piyada irəliləyə biləcəklər. Minik və yük maşınlarının, heyvan arabalarının isə ancaq "Səlahəddin" yoluna (Qəzza zolağının əsas magistralı - red.) bitişik keçiddən keçməsinə şərait yaradılacaq. Bu zaman vasitələr Qətər-Misir texniki təhlükəsizlik qrupu tərəfindən rentgen aparatı ilə yoxlanacaq", - mənbə deyib.
Tramp: "İsrail-HƏMAS sazişi həftənin sonunacan imzalana bilər" - VİDEO

BBC mənbəyə istinadən yazır ki, əsir mübadiləsinin növbəti mərhələlərində İsrail tərəfi 1000 fələstinli məhbusu azadlığa buraxacaq:

"Onlardan təqribən 190-ı 15 il və ya daha çox müddətə məhkumluq həyatı yaşayırlar".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   əsir-mübadiləsi  





Xəbər lenti