STM Ter-Petrosyanı ifşa etdi

STM Ter-Petrosyanı ifşa etdi
  14 Yanvar 2025    Oxunub:481
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirilən mətbuat konfransında bildirib ki, “Biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər”.
Bir neçə gün əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı yenidən ictimailəşmişdi. Bu, xarici işlər nazirinin bəyanatının tam əksini sübut edir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qərbi azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu ifşa edib.

Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98.5 faizi heç bir kompensasiya almadığını bildirib. Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.

Qeyd edək ki, sorğular 2025-ci il yanvarın 9-12-də 1000 Qərbi azərbaycanlı arasında keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti