Marko Rubio Ukraynada münaqişənin həllindən danışıb
“Əgər biz münaqişəyə son qoymaqla bağlı vicdanlı olmaq istəyiriksə, əsl diplomatiya bu danışıqlarda iştirak edən hər bir tərəfdən güzəşt tələb edəcək. Diplomatiyanın təbiəti budur”, - ABŞ-nin gələcək Dövlət katibi deyib.
Lakin “sizin fikrnizcə, belə bir ssenari nəzərdən keçirilməlidirmi?” sualına o, birbaşa cavab verməyib. Namizəd vurğulayıb ki, münaqişənin uğurla başa çatdırılması real yanaşma tələb edir və burada bütün tərəflər bir-birinin maraqlarını nəzərə almalıdır.
- Müvafiq şərtlər yerinə yetirilərsə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələsi danışıqların tərkib hissəsinə çevrilə bilər. Birləşmiş Ştatlar isə münaqişənin həllinə yönəlmiş gələcək danışıqların fəal iştirakçısı olmalı və onun sülh yolu ilə həllinə nail olmağa çalışmalıdır”, - Mark Rubio vurğulayıb.
Qeyd edək ki, siyasətçi bu fikirləri Senatda Dövlət katibi vəzifəsinə onun namizədliyinin təsdiqlnməsi barədə keçirilən dinləmələr zamanı səsləndirib.
Sahil İsgəndərov
AzVision.az