Paşinyan Rusiyanın təhdidlərindən narahatdır

   Paşinyan Rusiyanın təhdidlərindən    narahatdır
  16 Yanvar 2025    Oxunub:362
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlər bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edən və “ölkə iqtisadiyyatına gözlənilən ağır zərbədən çıxış yollarının tapılmasını” təklifini verən baş nazir Nikol Paşinyanın narahatlığına səbəb olub.
AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti belə məlumat yayıb.

“Paşinyan deyib ki, geri addım atmaq və layihənin qəbul olunmasından imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Assambleyanın bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyində bu məsələ yoxdur”, - nəşr yazıb.

“Hraparak” xatırladır ki, qanun layihəsini “təhlükəli nəticələri olan macəra” sayan hakim “Vətəndaş Müqaviləsi” partiyasının bir çox deputatı onun qəbul edilməsinə qarşı çıxır. Layihənin mətni hətta hakim partiyada zarafat mövzusuna da çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlığından və primitivliyindən heyrətə gəldiklərini vurğulayırlar.

İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Qeyd edək ki, Aİ-yə üzv olacağı təqdirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında qala bilməyəcəyini diqqətə çatdıran Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk, İrəvanın bu halda əhəmiyyətli dədəcədə iqtisadi dividendlər itirəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   Rusiya   narahatlıq  





Xəbər lenti