Nazir: Ermənistanın silahlanması ciddi narahatlıq doğurur

      Nazir:    Ermənistanın silahlanması ciddi narahatlıq doğurur
  16 Yanvar 2025    Oxunub:357
Müzakirələr fonunda Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur.
Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə səsləndirib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan ərazi bütövlüyü məsələsinə hörmət etsə də, regiondakı digər qonşumuz Ermənistan buna əməl etmir. Ermənistanın uzun illər işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan sülh təklifini qarşı tərəfə çatdırıb. Son illərdə isə sülh müzakirələri barədə irəliləyişlər əldə olunub.


AzVision.az



Teqlər:





Xəbər lenti