Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq haqqında Saziş imzalayıb

Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq haqqında Saziş imzalayıb
  16 Yanvar 2025    Oxunub:256
Böyük Britaniya və Ukrayna ticarət, təhlükəsizlik, müdafiə, təhsil və digər sahələr üzrə möhkəm əlaqələr üçün 100 illik tərəfdaşlıq Sazişi imzalayıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq Sazişi Ukrayna Prezidenti Volodimir Zelenski və bir gün əvvəl elan olunmamış səfərlə Kiyevə gələn Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıblar.

“Bu gün həqiqətən də tarixi bir gündür. Ukrayna ilə Böyük Britaniya arasında münasibətlər həmişəkindən daha sıxdır. Biz yeni səviyyəyə çıxdıq, bu, strateji münasibətlərdən daha artıqdır. Biz 100 illik tərəfdaşlıq haqqında Saziş imzaladıq”, - deyə Zelenski bildirib.

Müvafiq sənəd Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi gücləndirmək üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında hərbi əməkdaşlığı təşviq edəcək.

Sənəd, həmçinin Ukraynanın prioritet tərəfdaşı kimi Böyük Britaniyanın enerji sektorunda, mühüm minerallar strategiyasında və “yaşıl” polad istehsalında mövqeyini möhkəmləndirir.

“Qlobal səhnədə birgə işdən tutmuş ticarət və artım və mədəni əlaqələrin inkişafına maneələrin aradan qaldırılmasına qədər Böyük Britaniya və Ukrayna gələcək nəsillər üçün yenilənmək, yenidən qurmaq və islahatlar aparmaq üçün bir-birinin yanında olacaqlar”, - deyə Böyük Britaniya hökumətində bildirilib.

Qeyd edilib ki, 100 illik tərəfdaşlıq Ukraynanın uzunmüddətli təhlükəsizliyinin dəstəklənməsində mühüm addımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti