Ukraynanın ifrat tərəfdarını Kiyevə yardımın əleyhdarı əvəz edib
Conson qərarını onunla izah edib ki, kəşfiyyat cəmiəsinin “yeni başlanğıc”a ehtiyacı var və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bununla heç bir əlaqəsi yoxdur.
“Ukrayna məsələsinə Trampdan fərqli yanaşma sərgiləyən Mayk Törner Kiyevin ən güclü tərəfdarlarından birinə çevrildi, ona davamlı təhlükəsizlik sahəsində yardımın və bunun daha tez çatdırılmasının tərəfdarı oldu. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edəcək Rik Krouford isə Ukraynaya hərbi yardımı dəstəklədiyini desə də, ameirka vergilərini Avropadakı tətillərdə məmurların maaşlarını ödəmək və ya başqa bir ölkənin fermerlərinə subsidiya vermək üçün xərcləməyin əleyhinədir. 2024-cü ilin aprelində o, Ukraynaya və diogər ölkələrə 9 milyard dollarlıq iqtisadi dəstəyi də ehtiva edən 60,8 milyard dollarlıq yardım paketinin əleyhinə səs verdi”, - “Bloomberg” agentliyi vurğulayıb.
Amerika mediasının məlumatına görə, ABŞ-nin yeni prezidenti Donald Trampın nümayəndələri avropalı tərəfdaşları ilə söhbətlərində Ukraynadakı müharibəni tez bir zamanda dayandıra bilməyəcəklərini etiraf edir və onu dəstəkləməyə davam edəcəklərinə söz verirlər.
Bununla belə, ötən ilin dekabrında Donald Tramp Kiyevə yardımın azaldılması ehtimalını istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Törner Krouford Ukrayna