İmran Xana 14 il həbs cəzası kəsildi

   İmran Xana  14 il  həbs cəzası kəsildi
  17 Yanvar 2025    Oxunub:433
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İmran Xan azadlığa buraxıldı
Siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il həbs cəzası alıb. Bundan əlavə, hər iki şəxsə əlavə olaraq pul cəzası da kəsilib. Söhbət külli miqdarda vəsaitdən gedir. Əgər onlar bu pulu ödəməsələr, əlavə olarq altı ay da həbs cəzası ala bilərlər.

Siyasətçi və həyat yoldaşı 2018-ci ildə rüşvət qismində torpaq sahələri almaqda və “Al-Qadir Trust” xeyriyyə fonduna rəhbərlik etdikləri dövrdə qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi dövlət xəzinəsindən xaricə hədiyyələr satması ittihamı ilə 2023-cü ildən həbsə atılmışdı.

2024-cü ildə isə İslamabad Ali Məhkəməsi dövlət sirlərini açıqlamaqda təqsirləndirilən siyasətçiyə bəraət verilməsi barədə qərar çıxarmışdı. İmran Xan həm də müxalifət kimi fəaliyyət gösətərərək Ədalət Uğrunda Hərəkat (MJI) partiyasının lideri idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Pakistan   Həbs  





Xəbər lenti