İran Prezidenti Moskvaya səfər edib

İran Prezidenti Moskvaya səfər edib
  17 Yanvar 2025    Oxunub:355
İran prezidenti Məsud Pezeşkian Rusiyaya rəsmi səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, onun təyyarəsi yanvarın 17-də paytaxtın "Vnukovo-2" hava limanına enib.

Pezeşkiyan: "İran öz regional nüfuzunu qoruyur" - VİDEO
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Moskvada rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında danışıqlar olacaq, daha sonra iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq. Saziş Rusiya-İran münasibətlərinin uzunmüddətli perspektivdə bütün sahələrdə gələcək inkişafı üçün hüquqi baza yaradır.

Bundan əlavə danışıqlar zamanı Putin və Pezeşkian Suriyadakı vəziyyəti, Fələstin-İsrail münaqişəsini, həmçinin İranın nüvə proqramı mövzusunu müzakirə edəcəklər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   Rusiya  





Xəbər lenti