Baş nazirlər yeni səfirlik binasının ərazisinə baxış keçiriblər
17 Yanvar 2025
Oxunub:833
Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.
Bildirilib ki, 3450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq. Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.