İstanbulda kütləvi zəhərlənməyə səbəb olan 32,9 min litr spirt ələ keçirilib

İstanbulda kütləvi zəhərlənməyə səbəb olan 32,9 min litr spirt ələ keçirilib
  17 Yanvar 2025    Oxunub:289
İstanbul polisi 30-dan çox insanın ölümünə səbəb olduğu 32,9 min litr metil və etil spirti müsadirə edib.
AzVision.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

İstanbul valiliyi saxta spirtli içkilərlə mübarizə çərçivəsində yanvarın 1-dən bu yana davam edən əməliyyatlarda 15 şübhəlinin saxlanıldığını açıqlayıb. Şübhəlilərdən 4-ü "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunub, 3-ü sərbəst buraxılıb. Polis idarəsində 8 şübhəlinin isə dindirilməsi davam edir.

Bundan əlavə həftənin əvvəlindən indiyədək 32 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. Ölənlərin əksəriyyətinin Özbəkistan və Türkmənistan vətəndaşları olduğu bildirilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: saxtaiçki  





Xəbər lenti