Suriyada ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Livan "Hizbullah"ına, Fələstinin HƏMAS qruplaşmasına və başqa terror təşkilatlarına əsasən İran tərəfindən məhz bu ölkə vasitəsilə qanunsuz silah ötürülməsi halları artıb. İsrail Hərbi Hava Qüvvələri silah-sursatın bu qruplaşmaların, xüsusən də "Hizbullah"ın əlinə keçməməsi üçün sərhəd-keçid məntəqələrinə zərbələr endirib.
Maraqlıdır ki, İran silah qaçaqmalçılığı sistemini əvvəlki vəziyyətə salmaq xatirinə Suriyanın yeni rəhbərliyi ilə "müsbət əlaqələr" qurmağa çalışsa da, bu baş tutmayıb. Çünki hələ Bəşər Əsəd rejiminin devrilməsi ərəfəsində başlayan gərgin münasibətlər fonunda "Dəməşq Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Suriyadan İsrailə yeni cəbhə açmalarına icazə verməmişdi".
İranın Yaxın Şərqə yeni qapısı: PKK |
Digər tərəfdən, Tehran Suriyanın şimal-şərqindəki PKK terror təşkilatına Türkiyəyə qarşı istifadə etməsi üçün 1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) göndərdiyi bildirilir. Tərəflər arasında razılaşma İraq ərazisində aparılıb, lakin Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti səbəbi ilə PUA-lar terrorçulara hələlik təhvil verilməyib.
Firudin Həmidli
AzVision.az