Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir
Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib. Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər. Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir. Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.
Ölkəni tərk etmək istəyən suriyalılar birdəfəlik başlanğıc yardımı ilə yanaşı, ölkələrində tibb xidmətləri almaq üçün də maddi dəstəklə bağlı müraciət edə bilərlər. Bunun üçün adambaşına 2000 avroya qədər yardım göstərilə bilər.
Bir çox hallarda ödənişlər miqrantlar Suriyaya çatdıqdan sonra həyata keçirilir. BAMF bu məqsədlə Suriyadakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırır.
Suriyaya könüllü qayıdışı dəstəkləyən ilk əyalətlər Saksoniya-Anhalt və Hamburq olub. Saksoniya-Anhalt əyalət büdcəsindən adambaşına 1000 avroya qədər vəsait ödənilib. Hamburq şəhəri isə ötən il suriyalılara 300 avroluq səyahət yardımı təmin edib. Bu il yol xərci üçün 200 avro, ölkəyə giriş üçün isə 1000 avro ödənilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər: