Netanyahu: İsrail hələ də HƏMAS-dan azad ediləcək girovların siyahısını gözləyir

      Netanyahu:    İsrail hələ də HƏMAS-dan azad ediləcək girovların siyahısını gözləyir
  18 Yanvar 2025    Oxunub:345
"İsrail hələ də HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb. Bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz".
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", - deyə Netanyahu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti