ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son 3 ayda quş qripi səbəbindən 20 milyon toyuq tələf olub. 50 ştatın hamısında tüğyan edən H5N1 epidemiyasının qarşısını almaq olmur. Soyuq havalar onun sürətlə yayılması üçün münbit şərait yaradır.

Yerli media yazır ki, mağazalara yumurta az miqdarda gəlir və dərhal da tükənir.
Qeyd edək ki, ştatlarda quş qripi səbəbindən 66 insan ölümü halı da qeydə alınıb.
Tariyel Həsənov
AzVision.az