CNN: “Tramp Putinlə telefonla danışmaq istəyir” |
“Ehtiyatlı olmasaq, bu, Trampın “Vyetnam”ına çevriləcək. Riçard Niksonun başına gələn də oxşar hadisə idi. Nəticədə müharibənin ağırlığını məhz o çəkdi. Vyetnamdakı hadisələr onun sələfi Lindon Consonun deyil, Riçardın ağır müharibəsinə çevrildi...”, - ekspert qeyd edib.
Bannon həmçinin Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloqun məşhur çağırışını da şərh edib. Ağ Evin keçmiş baş strateqi belə hesab edir ki, Kiyevə yardımı saxlamaqla münaqişənin dayandırıla biləcəyinə inanmaq səhv düşüncədir.
"Münaqişənin gərginləşməsi Vaşinqtonun maraqlarına uyğun deyil. Çünki Ukraynadakı müharibədə qalib gəlmək mümkün deyil!”, - Bannon deyib.
Bu gün həmçinin “The New York Times” Trampın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib. Nəşr yazıb ki, Donald Trampın seçki kampaniyası zamanı münaqişəni 24 saat ərzində, hətta prezident vəzifəsinə başlamazdan əvvəl dayandıracağı ilə bağlı verdiyi vəd yalana çevrilib. Müəllif qeyd edib ki, Ukrayna böhranı Tramp üçün bir çox cəhətdən qorxuducu problemə çevriləcək. Çünki o, sıfırdan başlamalı olacaq.
"CNN" isə Donald Trampın köməkçilərinə andiçmə mərasimindən bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını təşkil etməyi tapşırdığını yazıb. Mənbələrə istinad edən telekanalının yaydığı məlumata görə, söhbətin məqsədlərindən biri Ukraynada hərbi əməliyyatlara “son qoymağa” çalışmaq üçün yaxın aylarda şəxsi görüşün müzakirəsi olacaq.
Tural Tağıyev
AzVision.az