
Ötən dövrdə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini böyük hüzn və qürur hissi ilə qeyd edir. Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Nazirlikdən bildirilib ki, şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirəsi yad olunub. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.
AzVision.az