Kobaxidze də Trampın mövqeyini dəstəkləyir

   Kobaxidze də Trampın mövqeyini dəstəkləyir
  20 Yanvar 2025    Oxunub:398
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin yeni prezidenti Donald Trampın “dərin dövlət”lə mübarizədə fəaliyyətini dəstəklədiyini bildirməklə yanaşı, liberal faşizmi pisləyib.
AzVision.az Gürcüstan televiziyasının Birinci kanalı xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Trampın “dərin dövlət”lə mübarizə planı sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək. Onun fikrincə, bu, həm də Gürcüstanla ABŞ arasında münasibətlərin normallaşmasına təsir göstərəcək.

“Trampın andiçmə mərasimi “psevdoliberal təbliğatın” yayılması səbəbindən ABŞ və dünya üçün dönüş nöqtəsi olacaq. Liberal faşizm ölkəmizin problemidir və o da son dörd il ərzində yeni inkişaf yolu keçib”, - Gürcüstanın Baş naziri bu bəlanın gətirdiyi fəsadları diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kobaxidze   Tramp   ümidlər  





Xəbər lenti