Politico: “Tramp Avropanı seçim qarşısında qoyacaq”

      Politico:    “Tramp Avropanı seçim qarşısında qoyacaq”
  20 Yanvar 2025    Oxunub:382
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın həyata keçirməyə hazırlaşdığı ticarət siyasəti fonunda Avropa liderləri Avropa İttifaqının (Aİ) və onun iqtisadiyyatının birliyinə təhlükə yaradan çətin seçimlərlə üzləşirlər.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin fikrincə, Tramp Avropanı iki pis seçim qarşısında qoyur. Birincisi, Aİ Çin mallarından asılılıqdan əl çəkə bilər ki, bu da Pekinin qisas tədbirləri və blokun iqtisadiyyatını zəiflətməsi riski daşıyır. İkincisi, Vaşinqtonun Çin istiqamətində təkbaşına hərəkətə keçməsinə razılaşa bilər ki, bu da ABŞ tariflərinə məruz qalma riski ilə müşyiət olunacaq.

“Aİ daxilindəki siyasi və iqtisadi çətinliklər təzyiqi daha da artırır. Fransa artan büdcə kəsiri ilə üzləşir, Almaniya iqtisadiyyatında isə artıq ikinci ildir ki, ÜDM-də azalma müşahidə olunur. Qlobal iqtisadi gərginlik şəraitində isə hətta Avropanın ən güclüləri də sağ qala bilməz”, - qəzet yazır.

Avropa liderləri qorxurlar ki, Çinlə əməkdaşlıq etməmək, xüsusən də Vaşinqton və Pekin qəflətən razılığa gəlsə, qitəni “sarsıntılı vəziyyətə” sala bilər.

- Buna görə də Çinlə bağlı çox ehtiyatlı davranmalıyıq”, - lobbiçilik üzrə məşhur “BusinessEurope” qrupunun baş direktorunun müavini Luiza Santos vurğulayıb.

“Politico” həmçinin vurğulayır ki, ABŞ və Çin tarixən Aİ-yə əlavə təzyiq göstərən “parçala və hökm sür” strategiyasını tətbiq ediblər.

“Amerikalılar heç vaxt Avropa İttifaqının böyük pərəstişkarı olmayıblar. Bu çətinliklərin öhdəsindən gəlmək üçün blok daxilində daha çox birləşmə lazımdır”, - Aİ-nin adı çəkilməyən məmurlarından biri iddia edib.

Avropa Trampın planlarına cavab verəcək
Xatırladaq ki, Tramp daha əvvəl prezident vəzifəsinə gəldikdən sonra ABŞ-də qeyri-qanuni immiqrasiya və narkotik ticarəti problemi həll olunmadığına görə, Kanada və Meksikadan gələn mallara 25%, həmçinin Çin mallarına 10% əlavə rüsum rüsum tətbiq edəcəyini bildirmişdi.

“Wall Street Journal (WSJ)” nəşri, öz növbəsində, yeni tariflərin qlobal ticarət sistemini sarsıtmaq və Amerika iqtisadiyyatının əsas sektorlarına, o cümlədən avtomobil sənayesinə ciddi ziyan vurmaq təhlükəsi yaratdığını və Çin üçün beynəlxalq bazarlarda yeni imkanlar açdığını diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp     Çin   seçim  





Xəbər lenti