WSJ: “Trampın iddiası Latın Amerikasında narazılıq doğurur”

      WSJ:    “Trampın iddiası Latın Amerikasında narazılıq doğurur”
  20 Yanvar 2025    Oxunub:375
ABŞ-nin yeni prezidenti Donald Trampın Panama kanalını ələ keçirmək çağırışları beynəlxalq hüquqa ziddir və bütün Latın Amerikasında qəzəblə qarşılanır. Bu çağırışın həyata keçirilməsi Panamanın Amerika tərəfindən işğalına səbəb olacaq.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin istefada olan generalı Berri Makkeffri Trampın çağırışlarının “1850-ci illərə qayıdış”ı xatırlatdığını bildirib.

“Panamalılar olmadan xarici bir dövlət kanalı necə qanunsuz idarə edə bilər?”, - Makkeffri hiddətini gizlətməyib.

Hazırda Panama kanalı qlobal iqtisadiyyat üçün ən vacib marşrut və ABŞ-nin maraqlarının əsas obyektlərindən biri olaraq qalır.

Qəzəblənmiş panamalılar Trampa “cavab” verdilər
Əvvəllər Tramp dəfələrlə Panama kanalı üzərində mülkiyyət hüququnun ABŞ-yə qaytarılmasında maraqlı olduğunu bildirib.

- Panama hökuməti istifadə şərtlərini yenidən nəzərdən keçirməyəcəyi halda Amerika səlahiyyətliləri Panama kanalına nəzarətin qaytarılmasını tələb edəcəklər”, - ötən il dekabrın 22-də Tramp bildirib.

Panama prezidenti Xose Raul Mulino bunun qarşılığında kanalın ABŞ-nin mülkiyyətinə çevrilməsinin qeyri-mümkün odluğunu vurğulayıb. Bu il yanvarın 7-də isə Panamanın Xarici İşlər naziri Xavyer Martines-Aça Vaskes kanalın suverenliyinin müzakirə oluna bilməyəcəyini bir daha bəyan etdi. Onun sözlərinə görə, ölkə hökumətinin bu məsələdə Tramp və ya respublikaçıların nümayəndələri ilə heç bir ünsiyyəti olmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Panama   iddialar  





Xəbər lenti